Ülvi-Leyla cütlüyü beynəlxalq turnirdə bürünc medal qazandı

 Ülvi-Leyla cütlüyü beynəlxalq turnirdə bürünc medal qazandı

Azərbaycanın 19 yaşadək badmintonçuları Bolqarıstanın Svilenqrad şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.

"Mediasport" xəbər verir ki, Ülvi Hüseynov və Leyla Camalzadə tandemi qarışıq qoşa kateqoriyasında yarmfinala yüksəlməklə “Bulgarian Junior International 2025” turnirinin bürünc mükafatını qazanıblar.

Yarmfinala gedən yolda Lüksemburq və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələn idmançılar finalın bir addımlığında Ülvi Hüseynovun zədələnməsi səbəbindən mübarizəni dayandırılmalı olublar.

Leyla Camalzadə qızların şəxsi yarışında 1/8, Ülvi Hüseynov isə oğlanların şəxsi yarışında 1/4 finala kimi irəliləyib.