Azərbaycan boksçusu dopinqə görə 4 illik cəzaya məruz qaldı

Azərbaycan boksçusu dopinqə görə 4 illik cəzaya məruz qaldı

Azərbaycan boksçusu Fərid Sadıqov ciddi sanksiyaya məruz qalıb.

"Mediasport" xəbər verir ki, idmançı 4 illik (48 ay) diskvalifikasiya edilib.

Buna onun dopinqdən istifadəsi səbəb olub.

Boksçunun nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. O, qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdinə görə də cəzalandırılıb.

F.Sadıqovun cəzasının qüvvəyə minmə tarixi 2024-cü il yanvarın 1-i göstərilib. Sanksiyanın müddəti 2028-ci il yanvarın 1-nə qədərdir.