Azərbaycan Yüksək Liqasında finalçıların adları məlum oldu

Qadın voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, Yüksək Liqanın finalçıları GİN-in Voleybol Mərkəzində müəyyənləşib.
“Azərreyl” - “Milli Aviasiya Akademiyası” dueli dramatik və maraqlı alınıb. İlk oyunda qələbə qazanan "dəmiryolçular" cavab matçında məğlub olduqları üçün qalib "Qızıl set"də bilinib. Rəqibini 3:1 hesabı ilə məğlub edən "Azərreyl" adını həlledici qarşılaşmaya yazdırıb.
Digər finalçı hər iki görüşdə “Gəncə” üzərində rahat qələbə qazanan “Abşeron” olub.
Beləliklə, finalda "Azərreyl" "Rabitə" ilə, üçüncü yer uğrunda isə “Milli Aviasiya Akademiyası” “Gəncə” ilə üz-üzə gələcək.