Azərbaycan Yüksək Liqasında finalçıların adları məlum oldu

Kişi voleybolçular arasında Azərbaycan çempionatında finalçılar müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Yüksək Liqanın ikinci yarımfinal görüşləri GİN-in Voleybol Mərkəzində keçirilib.
“Xilasedici” “Azərreyl”lə dueldə ilk matçdakı məğlubiyyətin əvəzini çıxsa da, "Qızıl set"də üstünlüyə yiyələnən "dəmiryolçular" adlarını finala yazdırıblar.
Digər yarımfinal cütünün "Neftçi" ilə ikinci qarşılaşmasında da qələbə qazanan “Murov Az Terminal” çempionluq görüşünə vəsiqə əldə edib.
İki matçdan ibarət olacaq Azərbaycan çempionatının finalları aprelin 22 və 25-də keçiriləcək. Həlledici oyunlar Milli Gimnastika Arenasında baş tutacaq.