Yığmamız Qızıl Avropa Liqasına 0:3 hesablı məğlubiyyətlə başladı

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Qızıl Avropa Liqasında mübarizəyə uğursuz başlayıb.
"Mediasport" xəbər verir ki, komandamız Bakıda keçirilən ilk turnirin açılış matçında meydanı məyus tərk edib.
Faiq Qarayevin baş məşqçisi olduğu milli Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüşdə Macarıstana "quru hesab"la uduzub - 0:3 (25:13, 25:22, 25:20).
Voleybolçularımız növbəti oyununu iyunun 1-də Slovakiyaya qarşı keçirəcəklər.