Əyalət klubu debüt etdiyi liqada ilk qələbəsini səfərdə qazandı

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 2-ci turun görüşləri davam edir.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə iki matç keçirilib.
Debütant "Şirvan" səfərdə "Ağdaş"dan güclü olub, "Şəmkir" isə "Dinamo"ya şans verməyib.
Xatırladaq ki, dünən baş tutan matçlarda çempionatın debütantı "Xankəndi" "Quba"nı darmadağın edib.
"Sheki City" isə Saatlıda "Araz Saatlı"nın daşını daş üstdə qoymayıb.
Tura sabah yekun vurulacaq.
Azərbaycan 2-ci Liqası. 2-ci tur
“Xankəndi” – “Quba” 4:0
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Mirnihat Seyidov, Rəsul Babayev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Neftçi Futbol Mərkəzi (IV meydança), 13:00
“Araz Saatlı” – “Sheki City” 0:12
Hakimlər: Nəriman Ağayev, Safalı Ağayev, Rəşad Quliyev, Nahid Xasıyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Saatlı OİK stadionu, 16:30
15 sentyabr (bazar ertəsi)
“Şəmkir” – “Dinamo” 3:0
Hakimlər: Niyaz Əhmədov, Ağadur Mahmudov, Elvin Mədətov, Emin Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00
“Ağdaş” – “Şirvan” 0:1
Hakimlər: Sənan Bayramzadə, Ruslan Babayev, Əhməd Əhmədsoy, Kamil Aydınov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Namiq Əliyev
Ağdaş şəhər stadionu, 16:30
16 sentyabr (çərşənbə axşamı)
“Göygöl” – “Kür-Araz”
Hakimlər: Rasim Musayev, Sadiq Əliyev, Cavid Ömərov, Nahid Xasıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldar Məmmədov
Göygöl OİK stadionu, 16:30
“Qaradağ Lökbatan” – “Ağstafa Gəncləri”
Hakimlər: Nazim Abdullayev, Ruslan Məmmədov, Əkbər Əliyev, Rəsul Babayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Lökbatan OİK stadionu, 16:30