Milli komanda Sloveniyaya yollandı
Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb.
"Mediasport" xəbər verir ki, komandamız hazırlıq prosesində Macarıstan yığması ilə birgə məşqlər edib, həmçinin iki yoxlama oyunu keçirib.
Bu qarşılaşmaların hər ikisi millimizin qələbəsi ilə (3:0, 3:1) yekunlaşıb.
Hazırlıq prosesinin növbəti mərhələsi çərçivəsində komandamız bu gün Macarıstandan Sloveniyaya yola düşüb.
Mayın 29-dək Maribor şəhərində təlim-məşq toplanışında olacaq komandamızın burada da yoxlama oyunları keçirməsi nəzərdə tutulur.
Yığmamız Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millimizin rəqibləri İsveç və Estoniya yığmaları olacaq.
