Azərbaycan yığmasının üzvü Braziliyada "qızıl dubl" etdi

Azərbaycan yığmasının üzvü Braziliyada "qızıl dubl" etdi

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Polina Rəhimova Braziliyada növbəti titulunu qazanıb.

"Mediasport" xəbər verir ki, fevralda Braziliya Kubokunun qalibi olmuş milliləşdirilmiş voleybolçumuz ölkə çempionu titulunu da əldə edib.

35 yaşlı hücumçunun formasını geyindiyi "Osasko" finalda "Sesi Bauru"nu 3:1 hesabı ilə məğlub edib.

İlk dəfə Braziliya çempionluğu yaşayan Rəhimova, beləliklə, mövsümü "qızıl dubl"la başa vurub.