Azərbaycan birinciliyi keçiriləcək

  Azərbaycan birinciliyi keçiriləcək

Yeniyetmə qız və oğlan voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək.

"Mediasport" xəbər verir ki, oktyabrda start götürəcək çempionat üç yaş qrupunu (U-14, U-16, U-18) əhatə edəcək. 

Ötən mövsüm olduğu kimi, bu il də birincilikdə Bakı və region komandalarının iştirakı nəzərdə tutulub.

2012-2013-cü il təvəllüdlülər U-14, 2010-2011-ci il təvəllüdlülər U-16, 2009-2010-cu il təvəllüdlülər isə U-18 yaş kateqoriyasında mübarizə aparacaq.