"Barselona" tarixinin ən uzun səfəri - Azərbaycan üçün yola düşdü
Noyabrın 25-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində Bakı Olimpiya Stadionunda "Sabah"la qarşılaşacaq "Barselona" tarixinin ən uzun səfərinə - Azərbaycana yola düşüb.
"Mediasport" xəbər verir ki, Lamin Yamalın yer almadığı qafilə Bakı vaxtilə təxminən saat 18:15-də Heydər Əliyev Hava Limanına çatacaq.
Barselonadan paytaxtımıza 3970 kilometr məsafə qət edəcək İspaniya nəhəngi "Ritz Carlton" oteldə məskunlaşacaq.
Hans-Diter Flik səfərə aşağıdakı futbolçulara çıxıb:
Qapıçılar: Joan Qarsiya, Voyçex Şensnı, Dominik Livakoviç;
Müdafiəçilər: Joau Kanselu, Alexandro Balde, Pau Kubarsi, Jerar Martin, Jül Kunde, Erik Qarsiya, Aleks Kampos;
Yarımmüdafiəçilər: Brian Farinas, Qavi, Fermin Lopes, Pedri, Frenki de Yonq, Mark Bernal;
Hücumçular: Qabriel Jezuş, Rafinya, Kərim Adeyemi, Entoni Qordon, Cessi Bisivu.
Xatırladaq ki, qarşılaşma saat 21:45-də başlanacaq.

