"Qarabağ"la oyuna görə REKORD - 1 gündə 8400-dən çox bilet satıldı

"Qarabağ"la oyuna görə  REKORD - 1 gündə 8400-dən çox bilet satıldı

Noyabrın 22-də Gəncədə Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək "Kəpəz" - "Qarabağ" oyunu üçün bilet satışında rekord qeydə alınıb.

"Mediasport" xəbər verir ki, qarşılaşma üçün bir sutka ərzində 8400 bilet satılıb.

Bu, 15363 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunda yerlərin təxminən 55%-i deməkdir.

Xatırladaq ki, qarşılaşma noyabrın 22-də Gəncə şəhər stadionunda saat 17:00-da start götürəcək.

Cari mövsüm "Kəpəz"in ev oyunlarında ən çox azarkeş sayı sentyabrın 4-də "Şamaxı" ilə görüşdə (15000 nəfər) qeydə alınıb.