"Qarabağ" Qazaxıstan klubunun qapısından 4 top keçirib revanş aldı

"Qarabağ" Qazaxıstan klubunun qapısından 4 top keçirib revanş aldı

“Qarabağ”ın əvəzedici komandası Bakıda səfərdə olan Qazaxıstanın AKAS Futbol Akademiyasının U-19 komandası ilə növbəti yoldaşlıq oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi bu dəfə rəqibini məğlub edib - 4:1.

Maksim Medvedevin baş məşqçisi olduğu kollektivdən qolları Daniel Arierhi, Əli İbrahim, Nicat Xasıyev və Şahismayıl Cəfərov vurublar.

Qeyd edək ki, komandalar arasında bir neçə gün əvvəl baş tutan ilk qarşılaşmada qonaqlar 3:0 hesablı qələbə qazanmışdılar.