Azərbaycan milli komandasının baş məşqçisi ilə müqavilə uzadılmadı
Futzal üzrə Azərbaycan milli və "Araz-Naxçıvan" klubunun baş məşqçi Yevgeni Kukseviçlə yollar ayrılıb.
Bu barədə "Mediasport"a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
Rusiyalı mütəxəssislə avqust ayında başa çatan müqavilə yenilənməyib.
Kukseviç 2025-ci ilin yanvarından "Araz-Naxçıvan"a, iyunundan isə paralel olaraq yığmaya rəhbərlik edirdi.
Xatırladaq ki, "Araz-Naxçıvan" onun rəhbərliyi altında son mövsümdə də Azərbaycan çempionu olub.


