Yığmamız qələbə ilə başladı
Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər Riyadda start götürən VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.
"Mediasport" xəbər verir ki, A qrupunda yer alan yığmamız ilk turda Liviyaya qalib gəlib - 5:4.
Komandamız noyabrın 6-da Özbəkistan, 8-də isə Səudiyyə Ərəbistanı futzalçıları ilə qarşılaşacaq.
İslamiada noyabrın 21-də başa çatacaq.
