Azərbaycan millisi Bakıda Danimarkadan 4 top buraxdı

 Azərbaycan millisi Bakıda Danimarkadan 4 top buraxdı

Futzal üzrə Azərbaycan millisi Bakıda ilk yoxlama oyunu keçirib.

"Mediasport" xəbər verir ki, yığmamız Bakı İdman Sarayında Danimarka seçməsi ilə qarşılaşıb.

Görüş skandinavların 4:1 hesablı qələbəsilə yekunlaşıb.

Yevgeni Kukseviçin baş məşqçisi olduğu komandamız bu rəqiblə yanvarın 24-də yenidən gücünü sınayacaq.


Yoldaşlıq oyunu

19:00 Azərbaycan - Danimarka 1:4

Qollar: Nihad İsmayılov, 26:25 // Rasmus Filipsen, 4:55, Kasper Rasmussen, 31:10, Hans Riken, 36:32, Niklas Fuks-Kristiansen, 39:46.

Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Ramil Namazov

Azərbaycan: 1. Emin Kürdov (q, k), 3. Kənan Manafov, 5. Oktay Rüstəmli, 9. Murad Quluzadə, 14. Tofiq Mikayılov, 22. Kamran Hacıyev (q), 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 11. Eldar Zeynalov, 13. Qüdrət Qasımzadə, 15. Novruz Kazıxanov, 17. Ədalət Ələkbərov, 20. Fərid Abbasov.

Baş məşqçi: Yevgeni Kukseviç.

Danimarka: 1. Villiam Rams (q), 2. İbrahim Badran, 5. Mohammed Yuseef, 6. Abbas Zankane, 10. Mads Falk (k), 16. Niklas Fuks-Kristiansen (q),3. Ruben Vinter, 4. Kornelius Ambek-Norqaard, 7. Kasper Rasmussen, 8. Rasmus Filipsen, 9. Esaja la Kur, 11. Hans Riken, 12. Zlatan Henik, 15. Tobias Venq.

Baş məşqçi: Nikolay Saabye.