Osiyekdə Avropa çempionatında yarışacaq atıcılarımız məlum oldu

 Osiyekdə Avropa çempionatında yarışacaq atıcılarımız məlum oldu

Gələn ay Xorvatiyanın Osiyek şəhərində keçiriləcək atıcılıq üzrə Avropa çempionatında yarışacaq Azərbaycan idmançıları müəyyənləşib.

Mediasport.com.az xəbər verir ki, martın 7-dən 13-dək təşkil olunacaq qitə birinciliyində 15 "snayper"imiz 10 m məsafəyə atəş açmada yarışacaq.

Nəzrin Abbaslı, Xanna Əliyeva, Leyli Əliyeva, Nigar Nəsirova, Zeynəb Sultanova, Elvin Astanov, Vladislav Kalmıkov və Ruslan Lunyov tapançadan atəş açmada qüvvəsini sınayacaq.

Aynur Mahmudova, Nigar Ramazanova, Nuranə Əliyeva, Jalə Bayramova, Əliməmməd Hüseynov, Ramiz Xəlilov və Üzeyir Tapdıqlı tüfənglə atəşdə mübarizə aparacaq.

Osiyekdə martın 1-7-də baş tutacaq gənclərin Avropa çempionatında isə Azərbaycanı 7 atıcı - Xalidə Əliyeva, Leyli Əliyeva, Sofiya Barkalova, Əminə Ömərova, Vladislav Kalmıkov, İmran Qarayev və Hacı Musayev tapançadan atəş açmada təmsil edəcək.