Azərbaycan Yüksək Liqasında bürünc mükafatın qalibi oldular

 Azərbaycan Yüksək Liqasında bürünc mükafatın qalibi oldular

Qadın voleybolçular arasında Yüksək Liqanın bürünc medalçısı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, "Milli Aviasiya Akademiyası" mövsümü 3-cü yerdə başa vurub.

"Aviasiyaçılar" bu uğuru iki oyunluq seriyanın hər ikisində "Gəncə"yə qalib gələrək əldə ediblər.

Budəfəki matç 3:2 hesabı ilə başa çatıb. İlk qarşılaşmada hesab 3:1 olmuşdu.