Faiq Qarayev Azərbaycan yığmasının üzvləri ilə görüşdü
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak edəcək qızlardan ibarət U-16 yığmamızın üzvləri ilə görüşüb.
"Mediasport" xəbər verir ki, qurum rəsmisi bu cür beynəlxalq yarışların gənc idmançılara böyük təcrübə qazandırdığını vurğulayıb, perspektivli idmançıların gələcəkdə əsas milli komandanın heyətində yer alacaqlarına ümidini ifadə edib. Vitse-prezident voleybolçulara özlərinə inanmalarını, hədəflərinə çatmaq üçün daha ciddi və əzmlə çalışmalarını tövsiyə edib.
F.Qarayev qızlarımızın yarışda uğurlu çıxış edəcəyinə inamını bildirib və onlara uğurlar arzulayıb.

