Azərbaycanda oynayan Nasirunun komandası DÇ-də 1/8 finala çıxdı

Azərbaycanda oynayan Nasirunun komandası DÇ-də 1/8 finala çıxdı

Çilinin ev sahibliyi etdiyi futbol üzrə U-20 dünya çempionatında qrup mərhələsinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, 16 kollektiv yoluna davam edir.

Oktyabrın 19-da başa çatacaq mundialın 1/8 final cütləri müəyyənləşib.

"Qəbələ"nin futbolçusu Salihu Nasirunun formasını geyindiyi Nigeriya milli komandası 4 xalla ən yaxşı qrup üçüncüsü kimi raundu adlayıb. Afrikalılar 1/4 final yolunda Argentina ilə qarşılaşacaqlar.

Xatırladaq ki, növbəti dünya çempionatı 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək.


Dünya çempionatı. 1/8 final


Çili - Meksika

Argentina - Nigeriya

Ukrayna - İspaniya

Kolumbiya - Cənubi Afrika Respublikası

ABŞ - İtaliya

Mərakeş - Cənubi Koreya

Paraqvay - Norveç

Yaponiya - Fransa