"Barsa"dan Rafinya ilə bağlı qərar

 "Barsa"dan Rafinya ilə bağlı qərar

İspaniya nəhəngi "Barselona" Rafinya ilə bağlı yeni qərarı açıqlayıb.

"Mediasport" xəbər verir ki, kapitan Kataloniya təmsilçisi ilə müqaviləni uzadıb.

29 yaşlı vingerlə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan anlaşma imzalanıb.

Braziliya millisinin üzvü 2022-ci ilin yayından "Barsa"da forma geyinir.