Azərbaycanın avrokubokda təmsilçisi Danimarkada qalib gəldi
Azərbaycanın qadın voleybolçulardan ibarət "DH Volley" klubu CEV Çelenc Kubokunda mübarizəyə başlayıb.
"Mediasport" xəbər verir ki, təmsilçimiz 1/32 final mərhələsinin ilk oyunu çərçivəsində Danimarkanın "Holte" komandasının qonağı olub.
Holte şəhərində keçirilən qarşılaşma komandamızın qələbəsi ilə yekunlaşıb - 3:1 (25:14, 26:24, 22:25, 25:22).
Tərəflər arasında cavab görüşü noyabrın 5-də Bakıda baş tutacaq.

