"Sabah" Bakıda Fransa klubunu məğlub etdi - Çempionlar Liqası

 "Sabah" Bakıda Fransa klubunu məğlub etdi - Çempionlar Liqası

Basketbol üzrə FİBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsilçimiz "Sabah" növbəti matçını keçirib.

"Mediasport" xəbər verir ki, son ölkə çempionu 3-cü tur çərçivəsində Bakıda Fransanın "Nanter 92" komandası ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında keçiriləcək qarşılaşma komandamızın qələbəsii lə yekunlaşıb - 87:80.

Xatırladaq ki, "bayquşlar" qrupun əvvəlki görüşlərində "Ritas" və "Trabzonspor"a uduzublar.