"Araz-Naxçıvan" ikinci oyununa çıxır - UEFA Çempionlar Liqası
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsilçimiz "Araz-Naxçıvan" bu gün ikinci matçını keçirəcək.
"Mediasport" xəbər verir ki, son ölkə çempionu Bosniya və Herseqovinanın "Buba Mara" komandası ilə qarşılaşacaq.
Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da baş tutacaq oyun Bakı avxtilə saat 17:30-da start götürəcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" mübarizə apardığı 5-ci qrupda ilk duelində Macarıstan çempionu "Uypeşt"ə qalib (5:4) gəlib.
Komandamızın qrupda son dueli oktyabrın 30-da Polşa klubu "Piast"la olacaq.

