ABF rəsmisi Fransadakı iclasa Şura üzvü statusunda qatıldı

  ABF rəsmisi Fransadakı iclasa Şura üzvü statusunda qatıldı

Parisdə Dünya Badminton Federasiyası (BWF) Şurasının iclası keçirilib.

"Mediasport" xəbər verir ki, badmintonun qlobal inkişafı üzrə əsas idarəetmə və strateji məsələlərin müzakirə olunduğu iclasda dünyanın müxtəlif yerlərindən BWF Şura üzvlərini bir araya gəlib.

Toplantıda Azərbaycan da təmsil olunub. Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov Avropanı təmsil edən BWF Şura üzvü statusunda iclasda iştirak edib.

Taleh Ziyadov 2025-ci ilin aprelində Çinin Simen şəhərində keçirilən 86-cı BWF İllik Ümumi Yığıncağında dörd il müddətinə BWF Şurasına seçilib.

BWF Şurası dünya miqyasında 203 üzv ölkəni təmsil edir və 600 milyon badminton azarkeşi və 300 milyon oyunçunu öz aralarında birləşdirir. Şuranın işi strateji planlaşdırma, idarəetmə nəzarəti və bütün qitələrdə badmintonun inkişafının təşviqinə yönəlib.

Azərbaycanın da təmsil olunduğu Şura iclası badmintonun ən prestijli tədbirlərindən biri BWF Dünya Çempionatı 2025 zamanı keçirilib.

Dünya çempionatında Azərbaycan mühüm nailiyyət qazanıb. Beynəlxalq reytinqdə 78-ci yerdə olan təmsilçimiz Ade Resky Dviçayo birinci turda Yaponiyanın dünya reytinqində 19-cu yerdə olan idmançısı Koki Vatanabeyi qalib gəlib.