Taleh Ziyadov 4 il müddətinə Avropa qitəsini təmsil edəcək

Çinin Siamen şəhərində Dünya Badminton Federasiyasının (the Badminton World Federation – BWF ) 86-cı illik ümumi yığıncağı keçirilib.
"Mediasport" xəbər verir ki, 143 ölkədən nümayəndə heyətinin qatıldığı iclasda Azərbaycan Badminton Federasiyasının nümayəndə heyəti də iştirak edib.
Tədbirdə 2025-2029-cu illər üçün BWF prezidenti və ali idarəedici orqanı sayılan Şuraya, eyni zamanda İcraiyyə Komitəsinə seçkilər keçirilib. Azərbaycan Badminton Federasiyasının Prezidenti Taleh Ziyadov 4 il müddətinə Avropa qitəsindən Şuraya üzv seçilib.
BWF-in mövcud qaydalarına görə 20 yeni seçilmiş Şura üzvləri qurumun inkişaf strategiyası, komitə rəhbərlərini, daxili və xarici nizamnamə qaydalarını müəyyən edəcəklər.
Tailand Badminton Federasiyasının prezidenti Khunyinq Patama Leesvadtrakul Dünya Badminton Federasiyasının prezidenti seçilib.