Qadın voleybolçularımız Bakıda Estoniya millisini məğlub etdilər

 Qadın voleybolçularımız Bakıda Estoniya millisini məğlub etdilər

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında ikinci oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, yığmamız Estoniyanı məğlub edib - 3:0 (25:15, 25:14, 25:20).

Faiq Qarayevin baş məşqçisi olduğu millimiz ilk qarşılaşmada İsveçə uduzub - 0:3 (19:25, 14:25, 23:25).

Kişi voleybolçulardan ibarət komandamız isə Lund şəhərində İsveçlə bacarmayıb - 0:3 (14:25, 17:25, 20:25).

Yığma ilk dueldə Yunanıstana məğlub olub - 0:3 (20:25, 22:25, 7:25).