"Neftçi"nin Konfrans Liqasında yer alacağı səbət dəqiqləşdi
"Neftçi"nin UEFA Konfrans Liqasının püşkatmasında hansı səbətdə yer alacağı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" yüksək reytinq xalına sahib olduğu üçün "səpələnmişlər" səbətində yer alacaqlar.
Püşkatma mərasimi iyunun 16-da baş tutacaq.
Xatırladaq ki, Yuri Vernidubun komandasının bu gün sona bir tur qalmış Azərbaycan Premyer Liqasında 4-cü yeri tutacağı dəqiqləşib.


