AFFA İcraiyyə Komitəsinin sabah nələri müzakirə edəcəyi açıqlandı

Sabah saat 11-də baş tutacaq AFFA-nın Hesabat Konfransının gündəliyi açıqlanıb.
"Mediasport" xəbər verir ki, tədbirin gündəliyinə bir sıra məsələlər daxil edilib.
1. AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi
2. Konfransın tərkibinin yoxlanılması
3. AFFA prezidentinin çıxışı
4. İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdimatı
5. Maliyyə hesabatları
6. Müstəqil auditorun hesabatı
7. AFFA-nın İnkişaf Strategiyası ilə bağlı təqdimat
8. Hakimlər Komitəsinin sədri Frank De Blekerenin təqdimatı
9. Digər məsələlər.