Gəncədə yenə anşlaq olacaq?
Sentyabrın 4-də Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Kəpəz” - “Şamaxı” oyununda anşlaq gözlənilir.
"Mediasport" xəbər verir ki, matça azarkeş marağı böyükdür.
Bu günə olan məlumata əsasən, 4 mindən çox bilet satılıb.
Gəncənin yeni stadionunda baş tutacaq qarşılaşma saat 20:15-də start götürəcək.
Qeyd edək ki, arenanın azarkeş tutumu 15 min nəfərlikdir və ilk görüşdə 13500 tamaşaçı toplaşmışdı.


