Braziliya əsilli monteneqrolu Azərbaycanı niyə seçib?

"Dünən yoxlama oyununda az da olsa, şans qazandım. Komandaya adaptasiya olmağa çalışıram. Hələ təlim-məşq toplanışı başa çatmadığı üçün uyğunlaşmaq baxımından vaxtımın olduğunu düşünürəm. Ümid edirəm ki, tezliklə çempionatda oynamağa hazır olacam”.
"Mediasport" xəbər verir ki, bunu "Qəbələ"nin yeni transferi Eduardo Kunde deyib.
Braziliya əsilli monteneqrolu müdafiəçi şimal təmsilçisinin mətbuat xidmətinə açıqlamasında qeyd edib ki, Premyer Liqanın başlanmasını səbirsizliklə gözləyir:
"Həm komanda yoldaşlarım, həm məşqçilər heyəti, həm də klubun işçiləri məni isti qarşıladılar. “Qəbələ”dən təklif alanda klub və ölkənizlə bağlı araşdırma apardım, məlumatlar topladım. Hər kəs - həm komanda, həm də Azərbaycan barədə yaxşı sözlər dedi.
Qəbələ şəhərinin gözəl təbiətə malik olduğunu, klubun isə Azərbaycan futbolunda tarix yazdığını öyrəndim. Bu səbəblər təklifi qəbul etməyimdə vacib rol oynadı. Burada olduğum üçün çox şadam”.