"Kəpəz" ev oyunlarını Qəbələ şəhər stadionunda keçirəcək - RƏSMİ

"Kəpəz" ev oyunlarını Qəbələ şəhər stadionunda keçirəcək - RƏSMİ

"Kəpəz" 2025-26 mövsümündə Azərbaycan Premyer Liqasında ev oyunlarını Qəbələdə keçiriəcək.

"Mediasport" xəbər verir ki, bu barədə "sarı-göylər" rəsmi sosial şəbəkə hesabı vasitəsilə məlumat verib.

Bu qərarın verilməsinə səbəb Gəncə şəhər stadionunda tikinti işlərinin davam etməsi olub.

Gəncə şəhər stadionu matçların keçirilməsi üçün tam hazır vəziyyətə gətirildikdən sonra "Kəpəz" rəqiblərini doğma azarkeşlər önündə qəbul edəcək.

Əvəzedici komanda isə ötən mövsümlərdə olduğu kimi, "Kəpəz"in məşq mərkəzindəki ehtiyat meydanda oynayacaq.