Canni De Byazi "Qarabağ"ın üzvünü İtaliya klubuna təklif etdi

Canni De Byazi "Qarabağ"ın üzvünü İtaliya klubuna təklif etdi

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Canni de Byazi yığmanın iki üzvünü İtaliya klubuna təklif edib.

"Mediasport" bu oyunçulardan birinin kimliyini və klubun adını dəqiqləşdirib.

Məlumata görə, De Byazi komandaya rəhbərliyi dönəmində Elvin Cəfərquliyevi A Seriyası təmsilçisi "Udineze"yə məsləhət görüb.

Cinah müdafiəçisinin oyununu bəyənən çalışdırıcı həmyerlilərinə bildirib ki, daim avrokuboklarda oynayan və yüksək istedadı ilə seçilən "Qarabağ"lını diqqətdə saxlasınlar.

Qeyd edilib ki, apenninlilər milli üzvünü yaxından izləyirlər.

Xatırladaq ki, 25 yaşlı futbolçunun Ağdam klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Hazırda işsiz olan De Byazi 2020-2023-cü illərdə yığmamızı çalışdırıb.