Millimiz AÇ-də Xorvatiya, Çexiya və Gürcüstan yığmaları ilə yarışacaq

 Millimiz AÇ-də Xorvatiya, Çexiya və Gürcüstan yığmaları ilə yarışacaq

19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə II raundun püşkü atılıb.

"Mediasport" xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

B Liqasının 6-cı qrupunda yer alan U-19 Xorvatiya, Çexiya və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.