AFFA rəsmisi “Barselona” - “Nyukasl” oyununa təyinat aldı
Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə AFFA-nın baş katibinin müşaviri Frank De Blekere UEFA-dan növbəti dəfə təyinat alıb.
"Mediasport" xəbər verir ki, belçikalı Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” (İspaniya) – “Nyukasl” (İngiltərə) oyununun hakim-inspektoru olacaq.
Bu gün Barselonanın “Nou Kamp” stadionunda təşkil olunacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.
