Ötən həftə çempion olmuşdu - Yaşadığı mənzildə meyiti tapıldı

 Ötən həftə çempion olmuşdu - Yaşadığı mənzildə meyiti tapıldı

Azərbaycanda 13 yaşlı cüdoçu vəfat edib.

"Mediasport" xəbər verir ki, bədbəxt hadisə Naxçıvan şəhərində qeydə alınıb.

2013-cü il təvəllüdlü Vəli Elçin oğlu Əliyevin meyiti yaşadığı mənzildə aşkar edilib.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Qeyd edək ki, o, ötən həftə Muxtar Respublika birinciliyində qızıl medal qazanmışdı.