Yüksək Liqa klubunun prezidenti evində güllələnərək qətlə yetirildi
Bolqarıstanın Yüksk Liqa klubu “Botev”in prezidenti İliyan Filipov qətlə yetirilib.
"Mediasport" xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat paylaşıb.
Plovdiv təmsilçisinin sahibi olan iş adamı gecə saatlarında komandanın oyunundan evə qayıtdıqdan sonra malikanəsində güllələnib.
Uzaqdan açılan atəş Filipovun başına dəyib.
Xatırladaq ki, biznesmen Bolqarıstanın ən böyük nəqliyyat və logistika şirkətlərindən PIMK-nin də sahibi idi.

