Milli komandanın 5 futbolçusu Avstraliyadan sığınacaq aldı
Qadın futbolçulardan ibarət İran millisinin beş üzvü ölkədən imtina edib.
"Mediasport" xəbər verir ki, onlar Avstraliyadan siyası sığınacaq alıblar.
Yığmanın kapitanı Zəhra Qənbəri, həmçinin Fatimə Pasandide, Zəhra Sərbalı Əlişah, Atifə Ramazanzadə və Mona Hamudi İrandan üz çevirib.
Xatırladaq ki, bu futbolçular martın 2-də Asiya Kuboku matçında ölkənin dövlət himnini oxumaqdan imtina etdikləri üçün İran tərəfindən xəyanətkar adlandırılıblar.
