"Evdə oynamağın yükü ağırdır, hər şey birinci matçdan asılıdır"

"Evdə oynamağın yükü ağırdır, hər şey birinci matçdan asılıdır"

"Komandmaız dünya çempionatına tam hazırdır. Federasiya bizim üçün hər cür şərait yaradıb. Biz də yaxşı hazırlaşmışıq".

"Mediasport" xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev deyib.

Mütəxəssis mayın 21-də Bakıda start götürəcək dünya çempionatı öncəsi keçirilən brifinqdə hazırlıq barədə məlumat verib. O, doğma meydanda oynamağın məsuliyyətli olduğunu bildirib:

"Evdə oynamağın yükü ağırdır, məsuliyyəti ikiqat olur. Hər şey birinci oyundan asılıdır. Yaxşı start, demək olar ki, dünya çempionatında daha irəli getmək üçün vacib rol oynayacaq".

Elşad Quliyev 2023-cü ildə BƏƏ-də keçirilən dünya çempionatını xatırlayıb:

"Orada deməzdim ki, psixoloji tərəfdən uduzduq. Dünya çempionatında ilk dəfə iştirak etsək də, yaxşı hazırlaşmışdıq. Futbol səhvlərin üzərində qurulan oyundur. Fərdi səhvlərdən finala çıxa bilmədik. İki il keçib. Bunun üzərində çalışmışıq ki, səhvlər azalsın. Psixoloji cəhətdən də hazırıq. İnanıram ki, Bakıda daha yaxşı nəticə qazanacağıq".

Qeyd edək ki, mundial iyunun 1-dək davam edəcək.