"Formula 2" Azərbaycan Qran-prisinin qalibi müəyyənləşdi

"Formula 2" Azərbaycan Qran-prisində sprint yarışının qalibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, birinci yeri TGR-in pilotu isveçli Dino Beqanoviç tutub.
Britaniyalı Luke Brouninq (TGR) ikinci, irlandiyalı Aleks Dunne (“Rodin”) üçüncü olub.
Qalibə mükafatı Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov təqdim edib.
Xatırladaq ki, Azərbaycan Qran-prisinə sabah yekun vurulacaq.