"Formula 2" Azərbaycan Qran-prisinin əsas qalibi müəyyənləşdi
"Formula 2" Azərbaycan Qran-prisində əsas yarışın qalibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, birinci yeri "DAMS Lukas Oil" komandasının ABŞ-dən olan pilotu Cek Krouford tutub.
"AIX Racing" komandasından niderlandlı Coşua Dürksen finişə ikinci çatıb.
"Hitex TGR" komandasının isveçli pilotu Dino Beqanoviç isə üçüncü yeri tutub.
Xatırladaq ki, dünən "Formula 2"nin sprint yarışlarında birinci yeri Dino Beqanoviç əldə etmişdi.
Britaniyalı Luke Brouninq (TGR) ikinci, irlandiyalı Aleks Dunne (“Rodin”) üçüncü olmuşdu.
