Tovuz klubu CEV Çempionlar Liqasında səfər qələbəsi qazandı
Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu Bolqarıstan səfərində "Maritsa"nın qonağı olub.
Matç təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 3:0.
Cavab qarşılaşması noyabrın 11-də Tovuzda baş tutacaq.

