Azərbaycan çempionatlarında yarışacaq klubların adları açıqlandı

Azərbaycan çempionatlarında yarışacaq klubların adları açıqlandı

Futzal üzrə Yüksək Liqada və Birinci Liqada iştirak edəcək komandaların siyahısı açıqlanıb.

"Mediasport" xəbər verir ki, Yüksək Liqada 6, Birinci Liqada 10 komanda yarışacaq.

Yüksək Liqada mübarizə 4 dövrədən və 20 turdan ibarət olacaq.

Birinci Liqada komandalar 1 dövrə ərzində üz-üzə gələcəklər.

Daha sonra ilk 4 pilləni tutan kollektivlər pley-off mərhələsində gücünü sınayacaq.

Xatırladaq ki, Yüksək Liqada mövsümə sentyabrın 18-də start veriləcək.

2025-2026-cı illər mövsümünün iştirakçıları:

Yüksək Liqa: "Araz-Naxçıvan", "Neftçi" İK, "Baku Fire", "Şuşa MFK", U-19, "Lənkəran".

Birinci Liqa: PFL, "Baku Fire-2", "Xan-Lənkəran-2", "Star Kargo", "Timsport", "Atletiko Baku", "Trabzon-Azərbaycan", "Ulduz", "Dəstə Ordubad", "Yeni Suraxanı".