Azərbaycan çempionu heyətini braziliyalı müdafiəçi ilə gücləndirdi

 Azərbaycan çempionu heyətini braziliyalı müdafiəçi ilə gücləndirdi

UEFA Çempionlar Liqasına hazırlaşan “Araz-Naxçıvan” futzal klubu heyətinə daha bir legioner qatıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu Aleksanderson Teyşera Barbosa ilə anlaşıb.

Son klubu Qazaxıstanda "Jetısu" olmuş "sambaçı" ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, təmsilçimiz ÇL-in ilkin mərhələsində F qrupunda yer alacaq.

Naxçıvan klubu avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın “PYF Saltires”, avqustun 30-da isə Avstriyanın “Lyuti Krajişniçi” komandaları ilə qarşılaşacaq.

Qrupun oyunları Avstriyada keçiriləcək və yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.