Güləşçilərimiz Rusiyada bir qızıl, bir bürünc medal əldə etdilər

Rusiyanın Novosibirsk şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
"Mediasport" xəbər verir ki, SSRİ qəhrəmanı Aleksandr Aksyonovun xatirəsinə təşkil edilən yarışa 10 ölkədən 200-dən artıq idmançı qatılıb.
Məşqçilər Sabah Şəriəti və Zöhrab Abbasovun rəhbərliyi altında Rəşad Məmmədov (55 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Məhəmməd Əhmədiyev (97 kq) isə bürünc medal qazanıb.
Turnirdə I dərəcəli hakim Həbib Nurulu ədaləti qoruyub.