Yığmamız Bolqarıstanda Rumıniya millisinə qalib gəldi
Qadın basketbolçulardan ibarət U-20 Azərbaycan millisi Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatının B divizionunda Rumıniya yığmasına qalib gəlib.
Bu barədə "Mediasport"a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Komandamız 9-14-cü yerlər uğrunda ilk oyun rəqibini 64:50 hesabı ilə üstələyib.
Yığmamızın sabah son matçında isveçrəli həmkarlarını məğlub etsə, qitə birinciliyini 10-cu yerdə başa vuracaq.


