"Neftçi" Avropa Kubokunun ilk matçında estonları məğlub etdi

 "Neftçi" Avropa Kubokunun ilk matçında estonları məğlub etdi

"Neftçi" baksetbol komandası FİBA Avropa Kubokunda mübarizəyə başlayıb.

"Mediasport" xəbər verir ki, paytaxt klubu təsnifat mərhələsində Estoniyanın "Parnu" komandası ilə qarşılaşıb.

Bakı İdman Sarayında keçirilən görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 80:67.

Cavab oyunu sentyabrın 30-da reallaşacaq.

Xatırladaq ki, cütün qalibi FİBA Avropa Kubokunun əsas mərhələsində yarışmaq hüququ qazanacaq.

Burada H qrupunda rəqiblər "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları olacaqlar.