AVRO-2028: Azərbaycan millisinin hansı səbətdə olacağı dəqiqləşdi
Futbol üzrə AVRO-2028-in seçmə mərhələsinin püşkatması öncəsi səbətlərin tərkibi açıqlanıb.
"Mediasport" xəbər verir ki, UEFA Millətlər Liqasında cari mövsüm qrup mərhələsinin nəticələrinə əsasən, Azərbaycan yığması reytinqi ən aşağı olan komandaların yer aldığı 5-ci səbətdə qərarlaşacaq.
Bu səbətdə komandamızla birlikdə Litva, Malta, Andorra, Cəbəllütariq və Lixtenşteyn kollektivləri olacaqlar.
Püşkatma mərasimi dekabrın 6-da Şimali İrlandiyanın paytaxtı Belfastda baş tutacaq.

