Ronaldo Messi qarışıq tarixin bütün əfsanələrini geridə qoydu

 Ronaldo Messi qarışıq tarixin bütün əfsanələrini geridə qoydu

UEFA və "France Football" jurnalının ortaq təşəbbüsü ilə keçirilən və illər üzrə "Qızıl top" qalibləri arasından tarixin ən yaxşı futbolçusunu müəyyənləşdirən B.O.A.T. (tarixin ən yaxşısı) mükafatının qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, bu ada dünya futbolunun ulduzu Kriştiano Ronaldo layiq görülüb.

41 yaşlı portuqaliyalı ulduz internet üzərindən keçirilən səsvermə ilə əzəli rəqibi Lionel Messi başda olmaqla, dünya əfsanələrini geridə qoyub.

Ronaldo 2008-ci ildə “Mançester Yunayted”in heyətində qazandığı “Qızıl top”la rəqiblərini qabaqlayıb. Həmin mövsüm o, İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının qalibi olub.

Siyahıda Yohan Kroyff, Marko van Basten, Mişel Platini, Frans Bekkenbauer və Ronaldo Nazario kimi fenomenlər yer alıblar.


1. Kriştiano Ronaldo 2008

2. Lionel Messi 2012

3. Kriştiano Ronaldo 2017

4. Lionel Messi 2023

5. Kriştiano Ronaldo 2016

6. Kriştiano Ronaldo 2014

7. Lionel Messi 2015

8. Kriştiano Ronaldo 2013

9. Lionel Messi 2011

10. Lionel Messi 2009

11. Lionel Messi 2019

12. Lionel Messi 2021

13. Ronaldo Nazário 2002

14. Lionel Messi 2010

15. Ronaldo Nazário 1997

16. Kevin Kiqan 1979

17. Yohan Kroyff 1974

18. Mişel Platini 1984

19. Frans Bekkenbauer 1976

20. Marko van Basten 1988

21. Yohan Kroyff 1971

22. Yohan Kroyff 1973

23. Frans Bekkenbauer 1972

24. Mişel Platini 1985

25. Marko van Basten 1989

26. Alfredo Di Stefano 1957

27. Kevin Kiqan 1978

28. Marko van Basten 1992

29. Mişel Platini 1983

30. Karl-Hayns Rummenigge 1981

31. Alfredo Di Stéfano 1959

32. Karl-Hayns Rummenigge 1980