Gimnaziada İdman Oyunlarında ilk medal Məmmədlidən gəldi

Azərbaycan komandası Serbiyanın Zlatibor şəhərində start götürən ISF U15 Gimnaziada İdman Oyunlarında ilk medalını qazanıb.
"Mediasport" xəbər verir ki, ölkəmizi qılıncoynatma yarışlarında təmsil edən Gəray Məmmədli sablya növündə bürünc mükafata yiyələnib.
Digər idmançılarımız Abdulmalik Nəsibzadə və Nəcəf Şabanlı mübarizəni 1/4 finalda dayandırıblar.