İslandiya klubu "Qarabağ" azarkeşləri üçün 100 bilet ayırdı
İyulun 16-da UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İslandiyada keçiriləcək "Vestri" - "Qarabağ" oyunu üçün qonaq komandaya 100 bilet ayrılıb.
Bu barədə "Mediasport"a Ağdam klubundan məlumat verilib.
"Atlılar"ı uzaq adada nə qədər azarkeşin dəstəkləyəcəyi matç günü məlum olacaq.
Təmsilmimiz səfərə sabah çarter reysi ilə yollanacaq.
Xatırladaq ki, iyulun 17-nə keçən gecə start götürəcək görüş 1596 tamaşaçı tutumuna malik "Torfnesvöllur" stadionunda baş tutacaq.
"Qarabağ" ilk matçda Bakıda qələbə qazanıb (3:0).


